Ac qalma,
DÖNƏRLƏ!
Sürətlə məşhurlaşan milli dönər brendi
Bir neçə çatdırılma üsulu
Özünlə apar
Hər gün saat 11:00-dan 01:00 kimi
2020-ci ildə bütün dünya pandemiya ilə üzləşdi və bu, bizim həyat tərzimizi əsaslı surətdə dəyişdi. Yeni reallıqlarda, restoran biznesində çoxillik təcrübəyə malik olaraq, komandamızın ağlına autentik onlayn layihə yaratmaq ideyası gəldi. Beləliklə ərsəyə DÖNƏRLƏ gəldi.

Brendin adı təsadüfən seçilməyib: Azərbaycan slenqində "xaş ye", "kabab ye" anlamına gələn "xaşla", "kababla" ifadələri var. "Dönərlə" də həmin silsilədəndir və "dönər ye" mənasını verir. Bundan əlavə, bu ifadəni başqa mənada da, məsələn, "dönərlə ayran" kimi istifadə etmək olar.
Tanışlıq
Hər şey bu video çarxdan başlayıb
Biz hesab edirik ki, mədəniyyətin sərvəti xalq mətbəxiylə ayrılmaz şəkildə bağlıdır və bu anlayış qərbi dünyanın ənənələriylə məhdudlaşmır, — ondan qat-qat zəngindir. Bizim üçün DÖNƏRLƏ — yemək vasitəsilə dünyanı kəşf etməkdir.

DÖNƏRLƏ — yüksək keyfiyyətli inqrediyentlərə və heyrandoğrucu dada malik təbii xalq "fast food"udur. Bundan başqa, biz qablaşdırmamızın ekoloji cəhətdən zərərsiz olması ilə ciddi şəkildə məşğul olmaq qərarına gəldik və ənənəvi plastik qablaşdırmaya "yox" deyib, yenidən emal edilən materiallardan istehsal olunan qablaşdırmanı seçdik. Bu dünya ekologiyasının qorunmasına kiçik töhfəmizdir.

DÖNƏRLƏ — yadda saxlayacağın və mütləq təkrarlamaq istəyəcəyin dönərdir.
Bizim menyu
özündə bir çox məftunedici dad qarışığını cəmləşdirir
Bizim sehirli
dönərlərimizi aşağıda göstərilən üsullarla sifariş vermək olar:
012 404 82 24
051 205 97 59
acqalma@donerle.az
İş saatları: 11:00-dan 01:00 kimi

Sifarişləri 00:30 kimi qəbul edirik. Sifarişi saytda və ya aldığınız zaman ödəyə bilərsiniz.
Made on
Tilda